Bu günə gözlənilən hava  məlumatı

Bu günə gözlənilən hava məlumatı
Bu gecə və səhər Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SIA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 5-9 dərəcə isti, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında bu gün havanın bəzi yerlərdə yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 4-9 dərəcə şaxta olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə