Bakıda yeni taksafonlar quraşdırılır

Bakıda yeni taksafonlar quraşdırılır

Bakıda yeni taksafonlar quraşdırılır. SİA-nın verdiyi xəbərə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi paytaxt ərazisində multimedia taksofonlarının quraşdırılmasına başlayıb. Aprelin 20-dək bu tip taksafonların quraşdırılmasının başa çatdırılması nəzrdə tutulur. Sözü gedən taksafonlarıın digərlərindən fərqli cəhəti xidmətlərin göstərilməsi zamanı həm qəpik, həm də operatorun taksofon kartlarının köməyi ilə həyata keçirilməsidir. Qurğularda bütün zəruri soraq məlumatı, şəhər və rayonların kodları, operatorun tarif və xidmətləri üzrə məlumat təqdim ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə