Sumqayıt və Şamaxı Elektrik Şəbəkəsi müəssisələrində qanun pozuntusu

Sumqayıt və Şamaxı Elektrik Şəbəkəsi müəssisələrində qanun pozuntusu
İstehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etmələrinin yoxlanılması istiqamətində Sumqayıt və Şamaxı Elektrik Şəbəkəsi (EŞ) müəssisələrində reydlər keçirilib. SİA-nın verdiyi məlumata görə, cari ilin ötən iki ayında Sumqayıt EŞ müəssisəsində 570, Şamaxı EŞ müəssisəsində isə 29 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkarlanıb. Sumqayıt EŞ müəssisəsi üzrə 1 milyon 406,5 min kilovat-saata yaxın, Şamaxı EŞ müəssisəsi üzrə 34,5 min kilovat-saatdan çox itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə