XİN başçısı: “Azərbaycan Suriyadakı vəziyyətə dair Kofi Annanın 6 maddəlik planını dəstəkləyir”

XİN başçısı: “Azərbaycan Suriyadakı vəziyyətə dair Kofi Annanın 6 maddəlik planını dəstəkləyir”
"Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Suriyadakı vəziyyətə dair Kofi Annanın 6 maddəlik planını dəstəkləyir". SİA xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Finlandiyalı həmkarı Erkki Tuomioya ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransı zamanı bildirib.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın mövqeyi Ərəb Dövlətləri Liqasının təklifləri ilə də üst-üstə düşür: "Bu baxımdan sözügedən mərhələdə əsas məsələ zorakılığın dayandırılmasıdır". - deyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Nazir E.Məmmədyarov Suriya məsələsinin finlandiyalı həmkarı ilə təkbətək görüşdə də müzakirə etdiklərini vurğulayıb: "Cənab Tuomioya da, mən də Suriyada zorakılığa son qoyulmasının və münaqişənin daha geniş miqyas almamasının zəruriliyini qeyd etdik".

Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə