Gəncədə Kəlbəcərin işğalının növbəti ildönümünə həsr olunan tədbir keçirilib

Gəncədə Kəlbəcərin işğalının növbəti ildönümünə həsr olunan tədbir keçirilib

Erməni silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğalının növbəti il dönümünə həsr olunan anım mərasimi keiçirilib. SİA-nın bölgə müxbirini məlumatına görə, Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov, Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov və bir sıra ziyalalıar iştirak edib.

Bildirilib ki, Azərbaycanın alınmaz qalalarından biri olan Kəlbəcər rayonunun işğal edilməsində o dövrdəki AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi başlığa rol oynayıb. Məhz bu dönəmdə 1936 kvadrat kilometr ərazisi, 60 min nəfər əhalisi olan rayon erməni silahlı birləşmələrinə "hədiyyə" edildi. Nəticədə 128 kənd talan olundu, yüzlərlə soydaşımız şəhid oldu və itkin düşdü. Ölkənin ərazicə ən böük rayonlarından olan Kəlbəcərin işğalının ardından məcburi köçkünlər ölkənin müxtəlif rayonlarında məskunlaşdırıldı.

Bu gün isə Azərbaycan dövləti güclənib və vahid komandanlıq yaradılıb. Tədbir iştirakçıları xüsusi olaraq vurğulayıb ki, indi Azərbaycanın işğal altında olan ərazilərinin qaytarılması üçün bütün imkanları var.


Anım mərasimində Kəlbəcər uğrunda döyüşlərdə iştirak edən və mərdliklə həlak olan soydaşlarımızın məzarları da ziyarət olunub, şəhidlərə Allahdan rəhmət dilənib.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə