Azərbaycan Tələbələr Birliyi və Polşa Respublikası Tələbə Parlamenti arasında əldə olunan razılığa əsasən tələbələrin beynəlxalq təcrübə proqramı təşkil edilib. SİA-nın xəbərinə görə, 14 nəfərlik nümayəndə heyətinin iştirak etdiyi təcrübə proqramının əsas məqsədi Polşadakı tələbə təşkilatlarının strukturu, gündəlik fəaliyyəti, strateji planları ilə daha da yaxından tanış ola bilməkdir. Proqram Polşanın iki müxtəlif şəhərində, Varşava və Krakovda keçirilib.
Təcrübə proqramı zamanı tələbələr John Paul II Universiteti, Aqrar Universiteti, Həyat Elmləri Universiteti, Varşava Universiteti və digər ali təhsil müəssisələrinin həm rəhbərləri, həmçinin, tələbə təşkilatları ilə ikitərəfli görüşlər keçiriblər. Həm Varşava, həm də Krakovda Polşalı tələbələr üçün Azərbaycan mədəniyyəti gecəsi təşkil edilib. Krakovda təşkil edilən mədəniyyət gecəsinə 100-dən çox tələbə və bir neçə Universitet rektoru da qatılıb. Gecədə Azərbaycan mədəniyyəti, tarixi, turizm potensialı və Bakıda təşkil ediləcək Avroviziya mahnı müsabiqəsi ilə bağlı məlumat verilib.
Proqram çərçivəsində tələbələr Polşa Respublikası Tələbə Parlamentinin rəhbərliyi ilə də görüşmək imkanı qazanıblar. Görüşdə ATB və Tələbə Parlamenti arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Səfərin sonuncu günü tələbələrimiz Varşava şəhərində Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənovla görüşüblər. Cənab Həsənov da proqram iştirakçılarına uğurlar arzulamış və gələcəkdə bu cür proqramların davam etdirilməsinin çox uğurlu ola biləcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB