1992 - Azərbaycanla Niderland Krallığı arasında diplomatik münasibətlər qurulub. Niderland Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanımışdı.
1994 - Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsə nail olmaq təşəbbüsü ilə Bakıya gəlib. Qırğızıstan parlamentinin spikeri M.Şerimkulovun başçılıq etdiyi heyətin Azərbaycan və Ermənistanda apardığı müzakirələrin nəticəsində tərəflərin uzunmüddətli atəşkəs rejimi barədə ilkin razılığı əldə olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB