Bir qrup gənc Quba məzarlığını ziyarət edib

Bir qrup gənc Quba məzarlığını ziyarət edib

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi bir qrup gəncin Quba məzarlığına ziyarətini təşkil edib. İdarədən SİA-ya verilən xəbərə görə, 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı təşkil olunan ziyarətdə Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarından olan 30-dək gənc iştirak edib. Kütləvi məzarlıqla tanış olan gənclərə hadisələrin tarixi, başvermə səbəbləri, onların dünya ictimaiyyətinə çatdırılması və digər mövzular barədə ətraflı məlumat verilib.

Daha sonra gənclərin sualları cavablandırılıb və onların maraqlandıran məsələlərə aydınlıq gətirilib. Sonda gənclər Quba məzarlığındakı kitaba öz ürək sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə