“Yaddaşın rəmzi. Quba-1918” filminin təqdimatı keçirilib

“Yaddaşın rəmzi. Quba-1918” filminin təqdimatı keçirilib

Nizami Kino Mərkəzində "Yaddaş" sənədli filmlər studiyasında istehsal edilən "Yaddaşın rəmzi. Quba-1918" filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, arxiv sənədlərinə əsaslanan film 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əks etdirib.


Təqdimat mərasimində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, filmin rejissoru və operatoru Ələkbər Muradov və ssenari müəllifi Mahir Qəribov çıxış edərək zaman-zaman ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən söz açıblar.


Ekran əsərinin çəkilişləri Bakı şəhərində, Quba və Şamaxı rayonlarında aparılıb. 30 dəqiqəlik sənədli filmdə azərbaycanlıların soyqırımının tarixi kökləri təhlil edilib və arxiv sənədləri əsasında ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər bir daha öz əksini tapıb.


Təqdimatdan sonra filmlə bağlı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə