Bakıda və Abşeron yarımadasında bu gün hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb, qərb küləyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumatına görə, havanın temperaturunun gecə 4-7 dərəcə isti, gündüz 17-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bu gün hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 5-10 dərəcə şaxta olacağı gözlənilir.
Yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi, arabir güclənən qərb küləyinin üstünlik təşkil edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB