Azərbaycanın görkəmli geoloq-alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş həqiqi üzvü və prezidenti Musa Əliyev haqqında "Qrani talanta" adlı kitab çapdan çıxıb. SİA-nın xəbərinə görə, nəşrin müəllifi Beynəlxalq Neft Şərq Akademiyasının vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru professor Çapay Sultanov, redaktoru isə AMEA Geologiya İnstitutunun direktor müavini akademik İbrahim Quliyevdir.
Kitab mərhum alimin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyət tarixindən bəhs edir. Burada M.Əliyevin neft elminə töhfələri və elmi əsərləri barədə məlumatlar da geniş yer alıb. Onun ictimai-siyasi xidmətləri ilə əlaqəli arxiv sənədləri də nəşri maraqlı edən materiallardandır. Rus dilində yazılmış kitab "Çaşıoğlu" mətbəəsinin məhsuludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB