Xətai rayonuna suyun verilişi dayandırılacaq

Xətai rayonuna suyun verilişi dayandırılacaq

Bakıda magistral su xəttində qəza baş verdiyi üçün Xətai rayonunun bəzi ərazilərinə suyun verilişi müvəqqəti dayandırılıb. "Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, Nobel prospektində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar paytaxtın Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilişi müvəqqəti dayandırılıb. Bununla əlaqədar martın 30-31-də Xətai rayonunun Əhmədli kəndi, Zığ şosesi, \"Qara şəhər\", Həzi Aslanov, NZS, UPD yaşayış massivlərinə və Nobel prospektinə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar \"Azərsu\" ASC abonentlərdən üzr istəyir.


Bütün xəbərlər Facebook səhifəmizdə