Sabirabadda Kürətrafı rayon rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib - FOTO

Sabirabadda Kürətrafı rayon rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib - FOTO

Sabirabadda 9 Kürətrafı rayon rəhbərlərinin iştirakı ilə FHN-i müşavirə keçirib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ilin mayında Kür və Araz çaylarında daşqınlar zamanı baş verən təbii fəlakətdən ziyan çəkmiş Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Şirvan, Salyan, Hacıqabul, Ağcabədi və Zərdab rayonlarının sakinlərinin sosial problemlərinin həll olunması məqsədilə əlavə tədbirlər həyata keçirilməsi üçün sərəncam imzalayıb. Sərəncama əsasən Fövqəladə Hallar Nazirliyinə 50 milyon manat vəsait ayrılıb.

Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sabirabad rayonuna gələrək sərəncamda adı çəkilən rayonların icra hakimiyyətlərinin başçılarının iştirakı ilə müşavirə keçirib. Müşavirə Sabirabad Rayon İcra Hakimiyyətində qapalı keçirilib. Müşavirə başa çatdıqdan sonra nazir K.Heydərov Sabirabadın Ulacalı kəndində yeni salınmış qəsəbəyə gəlib. Sakinlərlə görüşən nazir ölkə prezidentinin imzaladığı sərəncamda nəzərdə tutulan layihələr barəsində ətraflı məlumat verib.

Sakinlər öz növbələrində dövlət başçısı İlham Əliyevə onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Nazir sakinlərlə görüşündən sonra jurnalistlərə açıqlama verərək bildirib ki, ölkə başçısının sərəncamına görə, Kür çayının törətdiyi zərəri aradan qaldırmaq üçün 300 milyon manat vəsaitdən 202 milyon manatı evlərin, sosial obyektlərin və ifrastrukturun bərpasına sərf olunub: "Bu iş daşqınlar baş verən andan davam edirdi, lakin bilirsiniz ki, çiy kərpicdən və paıçıqdan tiklən evlər yağış sularından və sel daşqınlarına dözməyərək sıradan çıxırlar. Komissiya bu günə kimi çalışır. Bu komissiyada həm FHN-nin, Maliyyə, İtisadi İnkişaf nazirliklərinin və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə onlar bu müddət ərzində təhlillərin aparıblar və əvvəl tikilən evlərdən başqa hansı evlərə və sosial obyektlərə ziyan dəydiyini dəqiqləşdirib. Komissiyaların işi artıq yekunlaşıb. Yekun rəy cənab prezidentə təqdim olunmuşdur və cənab prezident də qalan məsələləri həll etmək üçün dünən imzaladığı sərəncamı ilə tapşırıqlar vermişdir. Yəni bu sərəcama əsasən o dövrdə zərəçəkimiş digər fərdi evlər, həyətyanı sahələr, infrastruktur və sosial obyektlərin yenidən tikilməsi və təmiri sərəncamda öz əksini tapır. Bu günkü müşavirədə də Kürqırağı rayonların icra başçıları ilə sərəncamın icrası ilə bağlı məsələləri müzakirə etdik. Məsələlərin də əsas məğzi ondan ibarət oldu ki, operativlik təmin olunmalıdır və komissiyaların davam edən işində yenə də ola bilsin ki, bu müddət ərzində tikiləcək, bərpa ediləcək, təmirə ehtiyacı olacaq evlər və sosial obyektlər müşahidə ediləcək. Onların siyahısını FHN-ə təqdim etsinlər.

Bildiyiniz kimi 2010-cu il baş verən hadisədən sonra xarici ölkələrdən coxlu sayda ekspertlər dəvət olunub və o cümlədən də Hollandiyadan bu məsələlərlə bağlı ən məhşur şirkətlərin ekspetlərini dəvət etdik. Bunlar bütün Kürün məcrası boyu analizlər apardılar. Analizlər və təhlillər artıq yekunlaşıb. Bu haqda proqram hazırlanmışdır və bu proqramların əsasında milli proqram hazırlanır".

Nazir proqramın nədən ibarət olduğunu da deyib: "Bütün ölkə ərazisində Kür və Araz çayları boyunca birinci növbədə təhlükəsizliyin təmin olunması ilə bağlı, daha sonra bu çaylardan səmərəli istifadə etmək haqqında milli bir proqram hazırlanır. Bilirsiniz ki, bu bir təbii fəlakət idi, amma bu yenə də təkralana bilər. Ona görə də bütün çay boyu su anbarlarının və su hövzələrinin təhlükəsizliyini təmin etmək bu proqramda öz əksini tapmalıdır. Bilirziniz ki, bütün dünyada qlobal iqlim dəyişikliyi mövcuddur və heç bir ölkə təbii fəlakətdən sığortanmayıb. Ona görə də hər şey təkrarlana bilər. Ona görə də bir daha belə məsələlər olmasın deyə biz bütün çay boyu su anbarlarının ərazisində, su hövzələrinin ərazisində belə fəsadların aradan qaldırılmasını təmin edəcəyik.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə