“Xalqın vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” adlı tədbir keçirilib - FOTO

“Xalqın vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” adlı tədbir keçirilib - FOTO

Quba rayonunda "Demokratik Cəmiyyətin İnkişafına Yardım" (DCİY) İctimai Birliyi "Xalqın vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir" adlı tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, iki saata yaxın davam edən tədbirdə Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət geniş şəkildə müzakirə edilib.

Tədbiri giriş sözü ilə acan Cəmiyyətin Quba rayon təşkilatının sədri İslam müəllim sözü Birliyin ictimai əlaqələr söbəsinin mudiri Orxan Quliyevə verib. O İctimai Birliyin yarandıgı tarixdən bu günə kimi gördüyü işlərdən geniş məlumat verməklə yanaşı, həm də təşkilatın qarşısında duran məqsəd və vəzifələr haqqında tədbir iştakçılarını məlumatlandırıb. Həmçinin qeyd edilib ki, mövcud siyasi, ideoloji, sosyal, iqdisadi və insan hüquqları kımı problemlərin həlli yollarını araşdırmaqla yanaşı, birliyimiz həm də təhsil, mədəniyyət, sosial sahələrə köməklik edib və aztəminatlı ailələrə maddi yardımlar göstərib, istedadlı gənclərin üzə çıxarılmasında və daha da inkişaf etdirilməsində öz dəstəyini əsirgəməyib. Qeyd edilib ki, bundan sonra da digər sahələrə köməklik göstəriləcək.

Sonra söz DCİY İB-nin İdarə Heyətinin sədri, YAP-ın fəallarında biri olan Tural Məmmədova verilib. T.Məmmədov da öz növbəsində Ümummilli Lider Heydər Əliyevin müdrik sözü olan "Xalqın vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir" mövzusunda geniş məruzə ilə çıxış edib. Heydər Əliyev ideologiyasının təbliği barədə geniş nitq söyləyərək gənclərin bu ideologiya əsasında inkişaf etmələrini tövsiyə edib.

Tədbirdə həmçinin xalqımızın tarixinə qanlı həriflərlə yazılmış, qan yaddaşımıza çevrilən 31 mart - Azərbaycanlıların Soyqırımı barədə fikir səsləndirən İdarə Heyətinin sədri ermənilərin, xüsusilə də Daşnaksütun Partiyasının törətdiyi qanlı hadisələri qəti olaraq pisləyib, bunu erməni vandalizmi adlandırıb. Sədr həmçinin Azərbaycanın tarixi topaqları olan, hazırda erməni tapdağında qalan Dağlıq Qarabağ və ətraf rayonlardakı tarixi abidələrimizin ermənilər tərəfindən vəhşicəsinə dağidilmasını və digər aktual məsələləri tədbir iştrakçılarının nəzərinə çatdırıb. Eyni zamanda cəmiyyətimizdə vətənpərvərlik ruhunun daha da artmasında gəncliyin boyük rola malik olduğunu dilə gətirib.

İclasda soyqırımına məruz qalanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirin sonuna yaxın əhalinin şikayətləri, təklif və sualları dinlənilib, qeydler aparılıb və suallar əhatəli şəkildə cavablandırılıb.

İclas başa çatandan sonra DCİY İB-nin idarə heyətinin sədri Tural Məmmədov, İctimai əlaqələr şöbəsinin müdiri Orxan Quliyev, Ali məktəblər üzrə baş koordinator Araz Həbibov və Birliyin Quba rayon təşkilatinin sədri İslam müəllim mənfur ermənilərin rayonda törətdikləri qətliamım nişanəsi olan Quba Kütləvi Məzarlığını ziyarət edərək ora qərənfil dəstələri qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə