Tarixçi alim: “Azərbaycan xalqının başına gələn bəlaların əsas səbəblərindən biri də unutqanlıq olub” - MÖVQE
Azərbaycan xalqının başına gələn bəlaların əsas səbəblərindən biri də unutqanlıq olub. SİA-nın xəbərinə görə, bunu Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib. O bildirib ki, əslində tarix vaxtilə azərbaycanlılara zorla unutdurulub, faciələrin səbəbləri və nəticələri ilə məşğul olmağa imkan verilməyib.
Onun sözlərinə görə, müstəqilliyin bərpa edilməsi tarixin qaranlıq səhifələrinə də işıq tutmağa imkan yaradıb. Bu istiqamətdə hazırlanan kitabların xarici dillərə tərcümə olunmasının böyük əhəmiyyətə malik olduğunu deyən Y.Mahmudov bu mövzuda əsərlərin ilk növbədə Azərbaycan dilində nəşr edilməsini faydalı hesab edib.
"Ulu öndər Heydər Əliyev bizdən həmişə Azərbaycanın XIX-XX əsrlər tarixini yenidən yazmağı tələb edib. Ümummilli lider böyük tarixçi olaraq yaxşı bilirdi ki, XIX-XX əsrlərdə xalqımızın bütün faciələri Azərbaycanın iki yerə bölünməsinin səbəbləri qəsdən gizlədilib. Ona görə də ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə yenidən qayıdandan sonra elmi qüvvələri bu istiqamətdə geniş araşdırma işlərinə cəlb edib. Ümummilli liderin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı bu məsələlərlə əlaqədar tarix elmimizdə yeni bir dönüş yaradıb", - deyə o əlavə edib.
Y.Mahmudov vurğulayıb ki, tariximizin tədqiqi və öyrənilməsi baxımından görülən bütün müsbət işlərin başında prezident İlham Əliyev dayanır: \"İrəvan, Naxçıvan xanlıqlarının tarixinin yazılması, müxtəlif dillərə tərcümə olunması, dünyada yayılması tarixçilərlə yanaşı, həm də prezidentin səyi və dəstəyi ilə reallaşıb. Bundan əlavə, Qarabağın tarixinin yazılaraq altı dildə çap edilməsi də bilavasitə Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə mümkün olub. Biz artıq ermənilərə informasiya müharibəsində qalib gəlmişik. İndi ermənilər Cənubi Qafqazın ən qədim əhalisi olması fikrindən daşınırlar. İndi onlar etiraf edirlər ki, doğrudur, erməni dövləti İrəvan xanlığının ərazisində yaranıb. Bu, informasiya müharibəsində bizim böyük qələbəmizdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB