Nəqliyyat Nazirliyi: \"Hadisəni törədən şəxs Nazirliyin əməkdaşı olsa işdən qovulacaq\"
Xəbər verdiyimiz kimi, bu günlərdə ölkə mətbuatında Nəqliyyat Nazirliyinin müfəttişləri tərəfindən taksi sürücüsünün döyülməsi xəbəri yayılıb. SİA-nın xəbərinə görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov yayılan məlumatlara münasibət açıqlayıb. Hadisə kriminal xarakterli hadisə olduğu üçün hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını deyən N.Həsənov bildirib ki, nəticədə hadisəni törədən şəxsin Nəqliyyat Nazirliyinin əməkdaşı olacağı təqdirdə işdən qovulacaq.
"Məlum hadisəni Daxili İşlər Nazirliyi araşdıracaq. Üstəlik məlumatda qeyd olunur ki, hadisə barədə "102" xidmətinə xəbər veriblər. Biz də öz tərəfimizdən bu məsələni araşdıracağıq. O maşının və işçilərin doğrudan da bizim maşın və ya işçilər olduğuna gəlincə, biz hələlik bu görüntüləri öyrənməliyik, görüntünün montaj olub-olmadığını araşdırmalıyıq. Çünki indi internetdə müxtəlif çəkilişlər və ya şəkillər yerləşdirilir. Biz də bu məsələni araşdıracağıq, məlum olsa ki, bizim işçilər bu məsələdə günahkardır, onlar haqqında ciddi tədbir görüləcək. Biz özümüz də belə əməkdaşların sistemdə qalmasının tərəfdarı deyilik", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB