Bəxtiyar Sadıqov: “Ermənilərin əsassız soyqırımı iddiaları mifdən, uydurmadan başqa bir şey deyil”

Bəxtiyar Sadıqov: “Ermənilərin əsassız soyqırımı iddiaları mifdən, uydurmadan başqa bir şey deyil”

"Bu gün Azərbaycan münaqişənin ölkənin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində mühüm işlər görüb. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, Azərbaycan daha möhtəşəm uğurlar qazanardı". SİA-nın xəbərinə görə, bunu "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib. O bildirib ki, ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev xarici ölkələrə səfər edəndə xəritə qarşısında Dağlıq Qarabağın, eləcə də Azərbaycanın harada yerləşdiyini və torpaqların ermənilər tərəfindən necə işğal edildiyini dünya siyasətçilərinə, dünya dövlətlərinin rəhbərlərinə izah edib. B.Sadıqov qeyd edib ki, həmin zamanda Azərbaycan informasiya blokadasında olduğundan haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq mümkün deyildi. Onun sözlərinə görə, Azərbaycanı bu informasiya blokadasından məhz ulu öndər Heydər Əliyev çıxarıb.

"Ötən illər ərzində Azərbaycanın beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülüb. Nüfuzlu beynəlxalq qurumlarla ardıcıl, məqsədyönlü, prinsipial və qətiyyətli iş aparılıb. ATƏT, Avropa Şurası, AŞPA, NATO Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və BMT kimi nüfuzlu qurumlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı mühüm qərarlar qəbul ediblər. Artıq bu gün dünya bilir ki, ermənilər tərəfindən Azərbaycan torpaqları işğal olunub, azərbaycanlılara qarşı soyqırımı törədilib. Ermənilərin əsassız soyqırımı iddiaları isə mifdən, uydurmadan başqa bir şey deyildir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə