Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevir Su Elektrik Stansiyasında baş verən partlayışla bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, bu gün stansiyanın 4-cü şöbəsində tunellərinin birində çilingərlər tərəfindən izolyasiya işləri aparılan zaman bitum çəninin qızması nəticəsində yanğınla nəticələnən partlayış baş verib.
Nəticədə 10 kv.m sahədə izolyasiya materialı yanıb. Ərazinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Hadisə zamanı 1990-cı il təvəllüdlü Cabbarov Pərviz Xasay oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, 1981-ci il təvəllüdlü Süleymanov Cuma Yusif oğlu yanıq xəsarətləri ilə təcili yardım tərəfindən Mingəçevir şəhər Xəstəxanasına yerləşdirilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB