Borçalının problemlərinin həll edilməsi üçün təşkilatlar səylərini birləşdirir

Borçalının problemlərinin həll edilməsi üçün təşkilatlar səylərini birləşdirir

Bakıda səfərdə olan Gürcüstan Türkləri Konfederasiyasının (GTK) vitse-prezidenti Əsəd Əliyev Qafqaz Araşdırmaları Mərkəzinin Sədri Kamran Ramazanlı ilə görüşüb.

GTK-dan SİA-ya verilən məlumata görə, görüşdə Gürcüstandakı soydaşlarımızın milli təhsil, torpaq və toponomika ilə bağlı problemləri barədə geniş fikir mübadiləsi aparılıb. QAM Sədri Kamran Ramazanlı görüş zamanı Borçalının problemləri ilə bağlı görülmüş işlər haqqında məlumat verib. O qeyd edib ki, problemlərlə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırılması üçün lazımi sənədlər toplanılıb.

GTK vitse-prezidenti Əsəd Əliyev Gürcüstan Türkləri Konfederasiyasının Qafqaz Araşdırmaları Mərkəzi ilə əməkdaşlıq edəcəyini vurğulayıb. Tədbirin sonunda Kamran Ramazanlı QAM tərəfindən tərcümə edilmiş və kitab şəklində nəşr edilmiş \"Gürcüstan qanunları\" toplusunun çoxsaylı nüsxəsini Gürcüstandakı soydaşlarımıza paylamaq Əsəd Əliyevə təqdim edib.


Bütün xəbərlər Facebook səhifəmizdə