“Xırdalan Brendi ilə Avroviziya 2012 Müsabiqəsinə Bilet Qazan” aksiyasının təqdimatı keçirildi
"Hilton Baku" otelində " Xırdalan Brendi ilə Avroviziya 2012 Müsabiqəsinə Bilet Qazan" aksiyasının təqdimatı baş tutdu. SİA-nın məlumatına görə, "Avroviziya 2012" müsabiqəsinin tərəfdaşı kimi çıxış edən "Baltika Bakı" şirkəti bu gün rəsmi olaraq aksiyaya start verdi. Keçirilən mətbuat konfransında "Baltika Bakı" şirkətinin baş direktoru Tlexuray Adam Ayuboviç, İctimaiyyətlə Əlaqələr Departamentinin meneceri Yuliya Şevlyanova və şirkətin marketinq meneceri Nizaməddin Şaxrux iştirak edərək konfrans iştirakçılarını maraqlandıran suallara cavab verdi. Bundan sonra aksiyanı əks etdirən video-çarx nümayiş olundu.
Şirkətin baş direktoru Adam Ayuboviç qeyd etdi ki, biletlər və digər qiymətli mükafatlar uğrunda yarışmada iştirak etmək üçün 1.5 litrlik, 0.5 litrlik şüşələrdə "Xırdalan Draft" və ya Xırdalan pivəsini əldə etmək və qapağın altına baxmaq lazımdır. Üzərində "Eurovision" yazısı olan işarə biletin udulduğunu göstərir, 6 rəqəmli kod və 50 qəpik və ya 1 manat yazısı isə mobil telefon balansını bu məbləğdə artırmağa imkan verir.
Xatırladaq ki, Xırdalanda fəaliyyət göstərən pivə zavodu 1997-ci ildə "Group Castel" fransız idarəçiliyinə keçib. 2008-ci ildə isə "Baltika" şirkəti və "BİH Eastern" zavodun alınması haqqında müqavilə imzalayıb. 2009-cu ildə "Baltika Bakı" zavodu təmirdən sonra açılıb.
Qeyd edək ki, "Baltika Bakı" şirkətinin məhsulları hazırda Azərbaycan bazarının 75%-ni təşkil edir.
Onu da əlavə edək ki, bu gündən etibarən start verilən aksiya mayın 26-a qədər davam edəcək.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB