AŞPA-nın növbəti sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə ediləcək

AŞPA-nın növbəti sessiyasında Dağlıq Qarabağ məsələsi müzakirə ediləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 23-də başlayacaq yaz sessiyasında Azərbaycan nümayəndə heyəti Ermənistanın torpaqlarımızı işğal etməsi məsələsini müzakirə edəcək. Bunu SİA-ya açıqlamasında millət vəkili Qənirə Paşayeva bildirib. Onun sözlərinə görə, həmçinin müzakirələr çərçivəsində Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizim aktları, soyqırımlar, tarixi mədəni abidələrimizin dağıdılması, törətdiyi ekoloji fəlakətlər, işğal etdiyi ərazilərdə qanunsuz həyata keçirdikləri hərbi təlimlərlə bağlı müxtəlif sənədlər gündəmə gətiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə