Bu gün Əlil Təşkilatları İttifaqı (ƏTİ) və Amerika Hüquqşünaslar Assosiasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə "İnkluziv ədalət" layihəsinə start verilib. SİA-nın verdiyi xəbərə görə, 9 ay ərzində davam edəcək layihədə məqsəd əlilliyi olan insanlara bərabər imkanların yaradılmasına dəstək olmaqdır.
Keçirilən tədbir zamanı Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli bildirib ki, bu layihədə məqsəd əlil insanların gündəlik həyatda qarşılaşdığı problemlərin həlli yollarını araşdırıb, onlara mümkün bütün imkanları yaratmaqdır.
Layihə çərçivəsində davam edəcək fəaliyyətlər kimi dəyirmi masaların keçiriləməsi, ictimai görüşlərin reallaşdırılıması və bir sıra obyektlərin girəcəyinin əlilliyi olan insanlar üçün uyğunlaşdırılması nəzərdə tutulub.
Tədbirdə Ombudsman aparatı, Gənclər və İdman Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Dövlət Universiteti rəsmiləri, QHT nümayəndələri, Qadın hüquqları üzrə ekspert və KİV-nin nümayəndələri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri və əlilliyi olan insanlar iştirak edib.
Toplantı iştirakçıları əlilliyi olan insanların mövcud problemlərinin həlli yollarına aid çıxışlar edib və tövsiyyələr səsləndirib. Qeyd edək ki, tədbirin sonunda təşkilata aid sayt təqdim edilib.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB