31 Mart soyqırımı ilə əlaqədar \"Xoca\" filminə ictimai baxış keçirilib- FOTO

31 Mart soyqırımı ilə əlaqədar \"Xoca\" filminə ictimai baxış keçirilib- FOTO

Bu gün 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Səbail rayon ictimaiyyətinin \"Xoca\" filminə ictimai baxışı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov soyqırım haqqında iştirakçılara geniş məlumat verib. O bildirib ki, xalqımızın tarixinə qanlı səhifə kimi yazılan mart qırğınlarından artıq 94 il ötür: \"Azərbaycana qarşı aparılan soyqırım siyasətinin uzun tarixi olsa da, bu barədə əsil həqiqəti ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılıb. Yalnız ulu öndərin səyi nəticəsində bu soyqırım öz hüquqi- siyasi qiymətini alıb. O zamandan etibarən, 31 Mart- soyqırım kimi dövlət səviyyəsində qeyd olunur, soyqırım qurbanlarının xatirəsini anma tədbirləri keçirilir\".

A. Əsgərov onu da qeyd edib ki, son illərin reallığı göstərir ki, erməni şovinistlərinin imkanları getdikcə tükənməkdədir: \"Bunun da əsas səbəbkarı Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində geniş iqtisadi potensiala malik qüdrətli dövlət olan Azərbaycan, onun beynəlxalq aləmdə artan nüfuzunun artmasıdır\".

İcra başçısının çıxışının ardınca soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra soyqırımın ildönümü ərəfəsində Səbail rayon İH-nin təşkilatçılığı ilə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, gənclər, müharibə veteranları kinorejissor Vahid Mustafayevin çəkdiyi \"Xoca\" filminə ictimai baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə