\"Yeni Gənclik\" Tələbə Birliyi III \"Hüquq Məktəbi\"nə start verir

\"Yeni Gənclik\" Tələbə Birliyi III \"Hüquq Məktəbi\"nə start verir

"Yeni Gənclik" Tələbə Birliyi ənənəvi olaraq həyata keçirdiyi "Hüquq məktəbi" layihəsinə qəbul elan edir. YGTB-dən SİA-ya verilən məlumata görə, bu layihənin məqsədi gənclərin hüquq sahəsində maariflənməsi və biliklərinin artırılmasına yönəlib.

"III Hüquq Məktəbi" layihəsində "Yeni Gənclik" Tələbə Birliyinın (YGTB) rəsmi əməkdaşı "Amerika Hüquqşünaslar Assosasiyası"(ABA CEELİ) olacaq.

Qeyd edək ki, YGTB-nin həyata keçirdiyi bu layihənin məzunlarının sayı 30-dan artıqdır.


Bütün xəbərlər Facebook səhifəmizdə