Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycandakı səfirini qəbul edib

Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycandakı səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Todorov Kalinov ilə görüşüb. XIN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı V.T.Kalinov Azərbaycanda işlədiyi dövrdə iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyib və faydalı əməkdaşlığa görə minnətdarlıq edib.

E.Məmmədyarov hər iki dövlət başçısının siyasi iradələri nəticəsində Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin hər zaman yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıraraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirib. Nazir E.Məmmədyarov səfir V.T.Kalinova xoş arzularını çatdıraraq, ona gələcək işlərində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə