NDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə aid konfrans keçirilib
Azərbaycanın tarixi həqiqətlərinə bu dəfə Naxçıvan Dövlət Universitetində aydınlıq gətirilib. 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfransda rektor, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, 1905-1907, 1918-1920, 1947-1953-cü illərdə törədilən, eləcə də ötən əsrin 80-ci illərindən bu günə kimi Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş soyqırımı tarixdə misli görünməmiş qanlı cinayətlərdir.
Müxtəlif dövrlərdə rus və sovet imperiyalarından siyasi və hərbi dəstək alan ermənilər azərbaycanlılara qarşı kütləvi qətliam həyata keçiriblər. SİAnın verdiyi xəbərə görə, "Qeyrət" nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru, şair-publisist Vaqif Məmmədov "Heydər Əliyev və Azərbaycanda soyqırımı tarixinə ümumdövlət münasibəti" mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, ulu öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ermənilərin soyqırımı və etnik təmizləmə siyasətinə tarixi, siyasi və hüquqi qiymət verilib. Prezident tərəfindən "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərman, digər mühüm qərarlar imzalanıb.
Qeyd edək ki, konfransda mövzu ilə bağlı bir sıra məruzələr dinlənilib. Bununla yanaşı Soyqrırımı əks etdirən slaydlar, tətbiqi sənət nümunələri nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB