Rayonun Əhmədağalı kəndi ərazisində uşaqlar üçün inşa edilən oyun meydançasının ərazisində 122 mm-lik top mərmisi tapılıb.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, uşaqların oyun meydançasından oyun topu əvəzinə hərbi top mərmisi tapılıb.Yerli sakinlər partlamamış hərbi sursat barədə dərhal Bələdiyə sədirinə onlar isa öz növbəsində ANAMA-ya müraciət edib.
Mərmini zərərsizləşdirmək üçün dərhal qeyri-hökumət humanitar yardım təşkilatının əməkdaşları hadisə yerinə cəlb edilib. Mütəxəssislər tərəfindən top mərmisinin yerində zərərsizləşdirməsi üçün əməliyyat tədbirləri həyata keçirilib.
Qeyd edək ki, mərmi Qarabağ müharibəsi dövründə qızğın döyüşlər zamanı erməni hərbiciləri atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB