Almaniya alimləri Geologiya İnstitutunda palçıq vulkanlarına dair məruzə ilə çıxış ediblər - FOTO

Almaniya alimləri Geologiya İnstitutunda palçıq vulkanlarına dair məruzə ilə çıxış ediblər - FOTO

Almaniya alimləri Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda keçirilmiş yer elmləri sahəsində ümumrespublika elmi seminarında Xəzər dənizinin palçıq vulkanlarına dair məruzə ilə çıxış ediblər. AMEA-dan SİA-ya verilən məlumata görə, adıçəkilən ölkənin məşhur RWE elmi tədqiqat müəssisəsinin əməkdaşları Kristian Büker, Martin Vellens, Yürgen Şober, IFM-GEOMAR geoloji qurumunun mütəxəssisləri Varner Brükman və Martin Veynelt Azərbaycanda dəniz palçıq vulkanları və neft sənayesi ilə əlaqəli aparmış olduqları tədqiqatlardan, hazırda gördükləri işlərdən və gələcək planlarından danışıblar.

Məruzə Geologiya İnstitutundan əlavə, Bakı Dövlət Universiteti, Coğrafiya İnstitutu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və digər təşkilatların nümayəndələrinin böyük marağına səbəb olub. Almaniyalı qonaqlar müasir metodlarla aparmış olduqları tədqiqatların ən yeni nəticələrini azərbaycanlı həmkarları ilə bölüşdükdən sonra mövzu ilə bağlı çoxsaylı suallara cavab veriblər.


Qeyd edək ki, tədbirdən sonra xarici qonaqlarla yerli alimlər arasında əməkdaşlıq imkanları müzakirə edilıb.



Bütün xəbərlər Facebook səhifəmizdə