Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan IDEA (International Dialogue for Environmental Action) Kampaniyası ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində maarifləndirmək məqsədi ilə mütəmadi olaraq tədbirlər keçirir. "Təmiz Şəhər" ASC öz növbəsində bu tədbirlərin keçirilməsində yaxından iştirak edir və dəstək olur. Qurumdan SİA-ya verilən məlumata görə, IDEA Kompaniyası tərəfindən mart ayının ikinci yarısında başladılan "Bakı Debat Forumu "Yaşıl Düşüncə Kuboku-2012" çərçivəsində keçirilən təlimlərdə 15 ali təhsil müəssisəsindən 1350 gənc iştirak edib. Məişət tullantılarının düzgün idarəolunmasının ətraf mühitin mühafizəsi sahəsində əhəmiyyətini gənclərə çatdırmaq məqsədi ilə keçirilən təlimlərdə "Təmiz Şəhər" ASC Layihələrin İdarəolunması və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov təlim iştirakçılarını bərk məişət tullantılarının zərərsizləşdirilməsi, yandırılması, çeşidlənməsi haqqında məlumat verib. Layihənin ilkin mərhələsi olan təlimlər başa çatdıqdan sonra tullantıların idarəolunması sahəsində universitetlər daxili və universitetlər arası debat turnirlər keçiriləcək.
Bundan başqa, Gənc ekoloqların alternativ enerji resursları, alternativ enerji mexanizmləri və onların iş prinsipləri haqqında məlumatlılıq səviyyəsinin artırılması məqsədilə martın 22-25-də Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində "Yaşıl Enerji Düşərgəsi" keçirilib. "Təmiz Şəhər" ASC-nin Ətraf Mühitin Mühafizəsi sektorunun müdiri Sabit Zeyniyev düşərgə iştirakçılarına bərk məişət tullantılarının idarəolunması sahəsində mühazirə oxuyub.
Qeyd edək ki, "Təmiz Şəhər" ASC gənclər arasında "yaşıl düşüncə" tərzinin inkişaf etdirilməsi məqsədilə maarifləndirmə tədbirlərini bundan sonra da davam etdirəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB