Tofiq Atazadə: “Satıcıdan analiz sertifikatı və qeydiyyatdan keçmə haqqında şəhadətnamə tələb olunmalıdır”

Tofiq Atazadə: “Satıcıdan analiz sertifikatı və qeydiyyatdan keçmə haqqında şəhadətnamə tələb olunmalıdır”

\"Biz Respublika Baytarlıq Xidməti olaraq hər il mütəmadi olaraq keyfiyyətsiz, normativ qaydalara cavab verməyən dərman-preparatlarının zərərsizləşdirilməsi prosesini həyata keçiririk\". SİA-nın xəbərinə görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Aparatında böyük məsləhətçi, baytar həkimi Tofiq Atazadə deyib. Onun sözlərinə görə, əgər hər hansı bir dərman preparatı satışdan alınırsa, mütləq ona qarşılıq satıcıdan Baytarlıq Xidmətinin analiz sertifikatı və qeydiyyatdan keçmə haqqında şəhadətnamə tələb olunmalıdır: "Belə ki, əgər həmin dərman-preparatı qeydiyyatdan keçibsə. alıcıya şəhadətnamə verilməlidir. Dərman preparatları institut tərəfindən yoxlandıqdan sonra istifadəyə buraxılır".


T.Atazadə bildirib: "Dərman-preparatlarına qarşı monitorinqlər plan əsasında həyata keçirilir. Belə ki, Reystr Xidmətindən çıxarılış icazəsi alındıqdan sonra planlı şəkildə Bakı şəhəri və regionlarda da bu kimi reydlər davam etdirilir. Hər ayda 2-3 dəfə regionlarda reydlərimizi təşkil edirik",-deyə böyük məsləhətçi sözlərinə əlavə edib.


Bütün xəbərlər Facebook səhifəmizdə