“Sergey Lavrovun səfəri danışıqlar prosesi ilə bağlı açıq qalmış hər hansı bir suallara cavab ola bilər”
Düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir konkret səfər çox ciddi və qəti təsir göstərsin. SİA-nın xəbərinə görə, Milli Məclis sədrinin müavini Bahar Muradova Rusiya xarici işlər naziri Sergey Lavrovun Cənubi Qafqaz bölgəsinə səfərinə münasibət bildirərkən deyib. O bildirib ki, Rusiyanın Minsk Qrupunun həmsədri olması və son zamanlar çox fəal ölkə olduğunu nəzərə alsaq, bu səfərdən sonrakı danışıqlar prosesi ilə bağlı açıq qalmış hər hansı bir suallara cavab ola bilər: "Hər halda bu hələ ki ehtimaldır. Amma sonda bunun hansı suala necə cavab olacağını səfərin yekunları göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB