Bahar Muradova: “Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri”nin qondarma olması barədə rəylər ortalığa qoyulacaq”
"Bizim hər zaman Dağlıq Qarabağda istər yerli, istərsə də digər səviyyələrdə "seçkilər"ə olan münasibətimiz birmənalı olaraq mənfidir. Bu seçkilərin heç birini qəbul etməmişik". SİA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Dağlıq Qarabağda keçirilən qondarma "prezident seçkiləri"nə münasibət bildirərkən deyib. O bildirib ki, Dağlıq Qarabağda keçirilən "seçkilər"i dünya ictimaiyyəti, ATƏT-in Minsk Qrupu, beynəlxalq təşkilatlar qəbul etmir. B.Muradova hesab edib ki, bu seçkilərin də qondarma olması barədə rəylər ortalığa qoyulacaq. Onun sözlərinə görə, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycan dövlətinin razılığı və iradəsi olmadan orada hər hansı bir tədbirin keçirilməsi qeyri-qanunidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB