Bu gün Respublika Baytarlıq Laboratoriyasının krematoriya və avtoklavında qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, saxta vaxtı keçmiş, mənşəyi və keyfiyyəti şübhə doğuran, üzərində etiket göstəriciləri qeyd olunmayan, satışı qanunla qadağan edilən, özləri tərəfindən qablaşdırılaraq satışa çıxarılan dərman-preparatlarının zərərsizləşdirilməsini tədbirləri həyata keçirilir. SİA-nın xəbərinə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri fevral ayından başlayaraq Bakı şəhərində fəaliyyət göstərən bir sıra baytarlıq aptektlərində reyd keçiriblər. Aptektlərdən götürülən 55 adda baytarlıqda tətbiq edilən mənşəyi məlum olmayan dərman-preparatları "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanunun 13.1.8. maddəsinə uyğun satışdan çıxarılaraq, zərərsizləşdirmək üçün Respublika Baytarlıq Laboratoriyasına təhvil verilib və hal-hazırda bu tədbir həyata keçirilməkdədir. Reyd zamanı baytarlıq aptektlərinin satışından çıxarılan və hazırda zərərsizləşdirilməsi aparılan dərman-preparatları əsasən Rusiya, İran, Türkiyə qismən isə Polşa, Hollandiya Avstriya, İoardaniya və digər ölkələrdə istehsal edilmiş və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən dərman-preparatlarıdır.
Qeyd edək ki, dərman satışı ilə məşğul olan aptektlər barəsində tədbir görülməsi üçün anoloji araşdırmalar digər şəhər və bölgələrdə də davam etdiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB