AMEA-da “Azərbaycan xalqının soyqırımı” mövzusunda konfrans keçirilir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi kitabxanasında 31 mart qırğınına həsr edilən "Azərbaycan xalqının soyqırımı" mövzusunda konfrans keçirir. SİA-nın xəbərinə görə, tədbirdə erməni quldurlarının Azərbaycana qarşı törədikləri kütləvi qırğınlardan, təcavüz siyasətinin mahiyyətindən, ümumiyyətlə ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən bəhs edən ədəbiyyat sərgilənir.
Bir neçə bölmədən ibarət olan sərgi Qarabağ tarixinə həsr edilən ədəbiyyatla başlayır. Tədbirdə "Qarabağ və faktlar", "Nərimanovun məktubları və Qarabağ məsələsinə dair sənədlər", "Azərbaycanlıların soyqırımı" və digər kitablar sərgilənir ki, bu kitablarda da Azərbaycan xalqının başına gətirirlən müsibətlər və soyqırımlardan bəhs edilir.
Sərgidə Azərbaycan, rus, Şərq və Qərbi Avropa dillərində 300-dən artıq ədəbiyyat, həmçinin foto-materiallar, virtual və video görüntülər konfrans iştirakçılarına təqdim edilir. Sərgi 15 gün müddətində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi kitabxanasının sərgi zalında nümayiş etdiriləcək.
Hazırda sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları ilə yanaşı, KİV nümayəndələri, eləcə də ölkəmizdə fəaliyyət göstərən xarici nümayəndəliklərin əməkdaşları da iştirak edir.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB