“Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” adlı ikicildli kitabın təqdimat mərasimi keçirilir

“Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” adlı ikicildli kitabın təqdimat mərasimi keçirilir

Bu gün "Azərbaycan" qəzetinin təşkilatçılığı ilə "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" ikicildli kitabının təqdimat mərasimi keçirilir. SİA-nın verdiyi xəbərə görə, təqdimatı keçirilən kitabın ideya rəhbəri Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, kitabın redaktoru Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəhbəri Əli Həsənov, kitabın buraxılışa məsul olan şəxsi isə "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqovdur. Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ithaf olunub. Kitabın təqdimat mərasimində PA ictimai-siyasi məsələlər şöbəsinin rəhbəri Əli Həsənov, millət vəkilləri və digər ictimai xadimlər iştirak edir.



Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə