1555 - Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında Amasya sülh müqaviləsi bağlanıb. Müqavilə iki dövlət arasında Çaldıran döyüşü (1514) ilə başlayan uzunmüddətli müharibələrin birinci hissəsini yekunlaşdırıb. Sülh razılaşmasına əsasən, Qərbi Gürcüstan - İmeretiya, Meqreliya və Quriya çarlıqları, indiki Ermənistanın qərb hissəsi Osmanlının, Şərqi Gürcüstan - Mesxiya, Kartli, Kaxeti, Qərbi Azərbaycan (indiki Ermənistanın əsas hissəsi) Səfəvilərin ixtiyarına keçib. Osmanlı sultanı I Süleyman və Səfəvi şahı I Təhmasib arasında əldə olunan sülh uzun sürmədi və 1578-ci ildə yeni müharibə (1590-cı il İstanbul sülhünədək) başlandı.
1803 - Gürcü çarlıqlarını ələ keçirən Rusiya qoşunları Azərbaycanın şimal-qərbinə - Car-Bəlakənə hücum ediblər. Bir ay sonra Car-Balakən Rusiyanın tabeçiliyinə keçməyə məcbur edildi. Bu, çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarının işğalının başlanğıcı idi.
1994 - Milli Məclisdə 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı iki aya yaxın sürən müzakirələr yekunlaşıb. Müzakirələr prezident Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdı. Parlament 20 Yanvara geniş hüquqi-siyasi qiymət verən qərar qəbul edib.
2001 - Prezident Heydər Əliyev II Özəlləşdirmə Proqramına əsasən, rabitə, nəqliyyat, balıqçılıq, nəşriyyat-poliqrafiya və digər sahələr üzrə dövlət müəssisələrinin özəlləşdirilməsinə dair sənədlər paketini (10-dək sərəncam) imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB