"Elm və təhsil" nəşriyyatında AMEA Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Nəsib Göyüşovun "Füzuli: düşüncə və ruhun poetikası" kitabı çapdan çıxıb. SİA-nın verdiyi xəbərə görə, kitabda Füzulinin poetik dühası orta əsrlərin düşüncə modeli və mənəvi dəyərləri işığında mükəmməl biçimə salınan estetik baxışlar müstəvisində araşdırılır. Şairin düşüncə və ruhdan doğan poetik zövqünün cilalanmasında irfan və təsəvvürün yeri açıqlanır. İlkin qaynaqlar, yeni elmi-metodoloji yanaşma və tipoloji təhlil əsasında aparılan tədqiqat işində şairin poetik təxəyyülünün zənginlik və incəlikləri ümumiləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB