“Səngəçal” Elektrik Stansiyasında elektrik enerjisinin istehsalı artıb

“Səngəçal” Elektrik Stansiyasında elektrik enerjisinin istehsalı artıb

Fevral ayında "Səngəçal" Elektrik Stansiyasında 129 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Bu, proqnozdan 467 min kilovat-saat çoxdur. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, ilin ötən iki ayında isə burada 249,3 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Müəssisədə texniki-iqtisadi göstəricilər üzrə yüksək nailiyyətlər əldə edilib. Ümumi gücü 300 meqavat olan bu elektrik stansiyası 18 aqreqatdan ibarətdir. Bu stansiyada digər stansiyalardan fərqli olaraq əsas yanacaq kimi qaz və mazutdan, keçid proseslərində isə dizel yanacağından istifadə edilir.


Bütün xəbərlər Facebook səhifəmizdə