Türkiyədə keçirilən sorğunun nəticələrinə əsasən demək olar ki, rəyi soruşulanların 53,9 faizi ölkənin öz nüvə silahının olmasının tərəfdarıdır və onlar məhz bu silahla qonşuluqdakı İranın nüvə təhlükəsinə adekvat cavab verilə bilinəcəyini düşünürlər. Respondentlərin 35 faizinin qənaətincə, heç bir halda atom bombasına ehtiyac yoxdur. 8 faiz isə hesab edir ki, NATO-ya üzvlük Türkiyənin təhlükəsizliyini kifayət qədər qoruyur.
Türkiyə mediası xəbər verir ki, İstanbulda fəaliyyət göstərən İqtisadiyyatın və Xarici Siyasətin Tədqiqi Mərkəzinin apardığı sorğuda ölkənin müxtəlif əyalətlərindən yaşı 18-dən yuxarı olan ümumilikdə 1500 nəfər iştirak edib.
Qeyd edək ki, dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İrana səfiri zamanı ölkəsinin Tehranın nüvə proqramını dəstəklədiyini vurğulayıb.
Onu da deyək ki, İqtisadiyyatın və Xarici Siyasətin Tədqiqi Mərkəzinin Türkəyədəki erməni dairələri ilə əlaqələrinin olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB