Azərbaycanda internet jurnalistikası ilə bağlı Məsləhət Şurası yaradılacaq

Azərbaycanda internet jurnalistikası ilə bağlı Məsləhət Şurası yaradılacaq
Mətbuat Şurasının nəzdində internet jurnalistikası ilə bağlı Məsləhət Şurası (MŞ) yaradılacaq. SİA-nın məlumatına görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O bildirib ki, MŞ-yə daxil olan şikayətlər internet jurnalistikası ilə bağlı olarsa, buna Məsləhət Şurasında baxılacaq. Ə.Amaşov əlavə edib ki, bəzi internet jurnalistikasının nümayəndələrini məsuliyyətsiz kimi göstərirlər.O, belə məsuliyyətsizlik hallarının Azərbaycanda da olduğunu qeyd edib: "Dünyanın heç bir ölkəsində informasiya portalları heç bir qanunverici aktla tənzimlənmir. Bir sıra ölkələrdə belə hallar həmin qurumların özlərinin yaratdıqları peşə davranış kodeksilə tənzimlənir.Bununla bağlı Mətbuat Şurası dəfələrlə müzakirə aparıb. Aprel ayında ATƏT-in xətti ilə Bakıda konfrans keçirməyi planlaşdırırıq. Azərbaycanda fəaliyyət göstərən internet jurnalistikasının vəziyyəti, peşə kodekslərinə əməl olunması məsələlərini dünyanın sayılıb-seçilən ekspertlərilə birlikdə müzakirə edəcəyik\".

Bütün xəbərlər Facebook səhifəmizdə