Ağdamda şəhid büstünün acılışı olub

Ağdamda şəhid büstünün acılışı olub

Rayonunun Hacıməmmədli kəndində şəhid Azər Quliyevin xatirəsinə ucaldılan abidə kompleksi vaxtı ilə onun təhsil aldığı məktəbin qarşısında inşa edilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, şəhidin ad günüdə təşkil edilən acılış mərasimində rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib. Çıxış edən ziyalılar Azərbaycan torpaqları uğrunda canını fəda edən vətən övladlarının daim qəlblərdə yaşayacağından danışıb.

Hərbi geyimli məktəblilər abidə önünə əklil qoyub. Daha sonra şagirdlərin hazırladıqları ədəbi kompozisiya nümayiş etdirilib. 19 yaşında şəhid olan qəhraman Azərbaycan övladı 1992-ci ildə ordu sıralarına könüllü olaraq yazılıb. Ağdərə və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Sonuncu döyüşü Mərzili kəndi istiqamətində olub. Ölümündən sonra təhsil aldığı orta məktəbə onun adı verilib.

Qeyd edək ki, abidə şəhidin ailə üzvləri və məktəb kollektivinin maliyyə hesabına inşa edilib.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə