Tarixçi: \"Ermənilərin havadarları çox olduğundan onlar öz yalanlarına dünyanı inandıra biliblər\" - MÜSAHİBƏ

Tarixçi: \"Ermənilərin havadarları çox olduğundan onlar öz yalanlarına dünyanı inandıra biliblər\" - MÜSAHİBƏ

Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professoru Anar İsgəndərovun SİA-ya müsahibəsi:



- Bir tarixçi alim kimi, 31 Mart Soyqırımı və zamanında azərbaycanlılara qarşı törədilən faciələri necə şərh edərdiniz?


- Ermənilərin Daşnaqstün Partiyası yaranarkən qarşısına məqsəd qoyub ki, dənizdən dənizə ideyasını reallaşdırsın. XIX əsrdə yaranan partiya guya ki, tarixdə mövcud olan böyük Ermənistan dövlətini bərpa etmək istəyirdilər. Aralıq dənizindən Qara dənizə, Qara dənizdən Xəzər dənizinə qədər olan ərazidə yaşayan bütün insanları məhv edərək tarixdə olmayan \"böyük Ermənistan\" dövlətini yaratmaq niyyətindəydilər. Ona görə də ilk məşq Osmanlı ərazisində həyata keçirilsə də, bu uğurlu başa çatmadı. Ermənilərin havadarları kifayət qədər çox idi. Qərb dövlətləri birmənalı olaraq Osmanlı dövlətinə münasibətdə düşmən mövqedə idilər. Çar Rusiyası da Osmanlı İmperiyasına qarşı hər zaman düşmən münasibət sərgiləyib. Rusiya çarı I Pyotrun vəsiyyətində də qeyd olunur ki, \"Rusiya o zaman xoşbəxt bir dövlət ola bilər ki, onların isti dənizlərə çıxışı olsun. Bunun üçünsə gərək Rusiyanın paytaxtı Konstantinopol olsun\".

Rusiya bu siyasəti həyata keçirmək üçün İranla Osmanlı arasında elə bir ziddiyyətli vəziyyət yaratmalıdır ki, onlar bir-birilə uzun müddətli müharibə etsinlər, gücdən və fəaliyyətdən düşsünlər. Nəticədə isə Rusiya heç bir itki vermədən həmin əraziləri ələ keçirsin. Həmin o dövlətlər isə heç bir za an razılaşmaq istəmirdi ki, 1453-cü ilə qədər Bizans İmperasiya mövcud olub və bundan sonra Osmanlı onu çökdürdü. Bu mənada ermənilərin havadarları çoxdur. Ancaq bütün bunlara baxmayaraq ermənilər Osmanlı imperiyası ərazisində öz mənafelərini təmin edə bilmədirlər. Ona görə də, istiqamətlərini Cənubi Qafqaza yönəltdir və 1905-ci ildə Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri soyqırımı tarixi fakt və sübutdur. Təəssüflər olsun ki, məhz həmin dövrdə erməni bizdən nə istəyir, sualına bizim ziyalılara cavab tapa bilmədi. Əslində bizim ziyalıların bəziləri belə düşünürdü ki, bu iki xalq arasında bir münaqişədir və bu da tez bir zamanda həll olunacaq. Amma bu münaqişə deyildi. Bayaq da qeyd etdim ki, erməni bunu öz qarşısına məqsəd qoymuşdur. Həmin məqsədin həyata keçirilməsində erməni kilsəsi də önəmli rol oynadı. Tarixdə ümumiyyətlə, erməni deyilən bir millət olmayıb. Bu missiyaları hər zaman erməni kilsələri və keşişləri həyata keçirirb. 1905-ci ildə azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımda erməni kilsəsi də erməni keşişi, müəllimi, hətta kəndlisi də olmaqla bütün ermənilər iştirak edirdi. Bu məsələdə konkret siyasi qurumları sadalamaq düzgün deyil, çünki bu soyqırımda bütün ermənilər iştirak edib. Türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımının da məhz fərqli cəhəti bu idi. Düşünürəm ki, burada tək sadalanası bir fərd iştirak etsəydi, bu, 1905-ci ildəki soyqırımı ermənilərin türklərə qarşı planlaşdırdığı faciələrin sadəcə məşqi idi. Bu proses 1907-ci ilə kimi davam etdi. Bu qırğın Bakıda başladı və Şuşada, Qərbi Azərbaycanda, Naxçıvanda davam etdi və nəticədə minlərlə azərbaycanlı öldürüldü. Təbii ki, bu məsələdə azərbaycanlılar müqavimətsiz deyildi və nəticədə köməyə Cənubi Azərbaycan, Osmanlı gəldi. Ancaq bir məsələni qeyd edək ki, bütün bunlarla yanaşı Çar Rusiyasının ermənilərə havadarlıq etməsinə baxmayaraq, onlar öz istəklərinə çata bilmədilər. Birinci Dünya müharibəsi başlayarkən Osmanlı çox gözəl bilirdi ki, orada yaşayan ermənilər Osmanlının çörəyini yediklərinə baxmayaraq, sonda onları müdafiə etməyəcək. İstər Osmanlı, istərsə də Çar Rusiyası ərazisində yaşayan ermənilər bildirirdilər ki, Birinci Dünya müharibəsi başlayacağı təqdirdə onlar birmənalı olaraq Çar Rusiyasını müdafiə edəcəklər. Nə üçün? Çünki, 1913-cü ilin sonlarında II Nikolay Tiflisdə olarkən erməni nümayəndə heyəti ilə görüşündə söz verdi ki, əgər ermənilər Çar Rusiyasına kömək edəcəklərsə, gələcəkdə onların ərazisində erməni dövləti yaradılacaq. Müharibənin ilk dövrü başlayanda bizə məlum olduğu kimi, hadisələr Osmanlı faciələri ilə tarixə düşdü. 1915-ci ildə Sarıqamış ərzisində on minlərlə türk əsgəri əsir düşdü, öldürüldü. Beləliklə də Birinci Dünya Müharibəsinin ilk dövründə Osmanlı öz maraqlarını təmin edə bilmədi. Əvəzində isə rus ordusu Anadoluya daxil oldu. Bundan sonra Anadoluda yaşayan ermənilər və rus ordusu birləşərək orada yaşayan 100 minlərlə türkü qanına qəltan etdi. Əslində o türklərin heç bir günahı yox idi və orada yaşayan ermənilər də həmin türklərdən ancaq yaxşılıqlar görmüşdü. Erməni \"böyük Ermənistan\" planını reallaşdırmaq üçün illər boyu yüz minlərlə türklərin qırğınına başladı. Təbii ki, Osmanlı özünə gəldi, türklər erməniləri sıxışdırmağa başladı, həmin dövrdə evlərinə qayıdan türklər dəhşətli mənzərələrin şahidi oldu. Bu dəhşətlərə isə rus ordusu və onun tərkibində olan ermənilər imza atmışdı. Bunun müqabilində də türk də qarşılıq vermək istəyirdi. Bütün bunları görən əli silahlı ermənilər isə yavaş-yavaş ABŞ, Avropaya, Cənubi, Şimali və Qərbi Azərbaycana səpələnməyə başladılar. 1917-ci ilin fevral burjua inqilabından sonra, yəni 300 ildən çox hakimiyyətdə olan Ramanovların devrilməsindən sonra erməni Daşnaqsütun Partiyası Cənubi Qafqazda yenidən \"böyük Ermənistan\" dövləti yaratmaq üçün fəaliyyətə başladı. Fəaliyyətin ana xəttini isə türk və müsəlmanları qətl etmək təşkil edirdi. Bu məsələdə onların köməkçiləri kim olmalı idi? Şaumyan Bolşevik Partiyasının üzvü idi, lakin ondan əvvəl o, bir erməni idi. Beləliklə, Azərbaycanın bir çox hissəsində, o cümlədən Bakıda erməni Daşnaqsütun Partiyası, Erməni Milli Şurası və Bakı Soveti qüvvələri birləşərək azərbaycanlı əhaliyə qarşı soyqırımına başladı. Bəhanə isə məlum idi, Evelina gəmisi nə üçün Lənkərana milli ordunun yaradılması üçün silah aparır. Əslində yüzlərlə bəhanə var idi. Amma ən əsas səbəb bayaq qeyd etdiyim kimi, demokratik qüvvələrin özünə gəlməsi idi. Onlar başa düşürdülər ki, Azərbaycan onların torpağı idi. 1917-ci il burjua inqilabından sonra demokratik qüvvələr öz torpaqları uğrunda mübarizə aparmaq qərarına gəldilər. Lakin erməni Daşnaqsütun partiyası və digərləri Bakını Azərbaycanın paytaxt kimi tanımayaraq öz malları kimi görürdülər. 1918-ci ilin 30 mart tarixindən, ilin əvvəlinə nəzərdə tutulan planlara əsasən, erməni Daşnaqsütun partiyası və bolşeviklər aprelin 2-nə qədər heç bir günahı olmayan minlərlə insanın həyatına son qoydular. Fövqəladə Təhqiqatlar Komissiyasının sənədlərində ən dürüst şəkildə qeyd olunur ki, bu qırğın nəticəsində 11 mindən artıq azərbaycanlının həyatına son qoyuldu. Bu rəqəm daha çox ola bilərdi, amma həmin zamanlarda qırğın nəticəsində öldürülənlərin dəqiq siyahısını tutmaq mümkün olmadı. Bu barədə dəqiq siyahı yalnız həmin ilin iyul ayında Fövqəladə Təhqiqat Komissiyası yaradıldı və komissiya həmin ilin sentyabrında Qafqaz İslam Ordusu Bakını azad edəndən sonra buraya daxil oldu və fəaliyyətə başladı. Komissiyanın hesabatında qeyd olunur ki, çoxlu sayda insan dənizə və neft quyularına atılıb, ona görə də onların sayını müəyyən etmək mümkün olmayıb.


- Tarixi hadisələrlə bağlı bu günə kimi hansı sirlər və gizli məqamlar hələ ki, açıqlanmayıb və bu faktların dünyaya çatdırılması üçün konkret hansı işlər görülməlidir?


- Ermənilərin Bakıda, Şamaxıda, ümumiyyətlə, bütün Azərbaycanda həyata keçirdiyi qətliamlar barədə ən dəqiq sənəd Fövqəladə Təhqiqat Komissiyasının sənədləridir. Bu sənəd 36 fəsildən ibarətdir. 1918-ci ilin iyulunda yaradılan bu komissiya 1920-ci ilin aprelinə kimi fəaliyyətini davam etdirdi. 1920-ci ilin aprel işğalı hər şeyə son qoydu. Azərbaycanın 1917-1920-ci illərdə olan soyqırım hadisələri 1990-cı illərdə yenidən gündəmə gəldi. Azərbaycan prezidenti Heydər Əliyevin 31 martı Azərbayacnlıların Soyqırımı günü kimi elan etməsi isə o deməkdir ki, illər ərzində bu faciə danılıb, gizlədilib. 1998-ci ildən bu günə kimi həmin gün qeyd olunur və bu istiqamətdə kifayət qədər disertasiyalar yazılıb, hesabatlar verilib, kifayət qədər sənədlər Azərbaycandan xaricə təhqiqat üçün aparılıb. İstər Cənubi, istərsə də Qərbi Azərbaycanda, ümumiyyətlə hər yerdə azərbaycanlılara qarşı törədilən soyqırımlar haqqında hazırda kifayət qədər təbliğatlar aparılır. Məsələnin aktuallığı isə ondadır ki, 1918-20-ci illərdə faciəni törədənlər də ermənilər idi. 1980-ci illərin sonlarında 1 milyon qaçqının günahkarı, torpaqları işğal edən də həmin erməni havadarlardır. Bu mənada həmin tarix hər zaman aktual olaraq qalacaq. Biz bu tarixi araşdırmaq və ya öyrənməklə bütün dünyanı agah edəcəyik ki, əslində Türkiyə erməniyə qarşı yox, erməni azərbaycanlı və türkə qarşı soyqırım törədib. Sadəcə olaraq ermənilərin havadarları çox olduğundan onlar öz yalanlarına dünyanı inandıra biliblər.


- Necə düşünürsünüz, haqq səsinin dünyaya çatdırılması üçün türk dünyasının birləşməsinə nə dərəcədə ehtiyac var?


- Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra bu istiqamətdə işlər gedir. Azərbaycan-Türkiyə Araşdırmalar Fondu fəaliyyət göstərir və onun tərkibində çalışan Azərbaycan və Türkiyə tarixçiləri var. Həmin tarixçilərin də maraqlı proyektləri mövcuddur və ildə bir dəfə bu istiqamətdə konfranslar keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə