TÜRKPA Baş Katibi Qırğızıstana gedəcək

TÜRKPA Baş Katibi Qırğızıstana gedəcək

Martın 29-31-də TÜRKPA Baş Katibi Ramil Həsənov Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfərə gedəcək. TÜRKPA-dan SİA-ya verilən məlumata görə, səfər bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulan TÜRKPA-nın III Plenar Sessiyasına hazırlıq xarakteri daşıyır.

Səfər çərçivəsində TÜRKPA Baş Katibinin Qırğızıstan parlamentinin Sədri Asilbek Zhenbekov, Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev, TÜRKPA-nın İqtisadi, ticarət və maliyyə komissyasının sədri Kojobek Rıspayev və III Plenar Sessiyaya hazırlıq məqsədilə yaradılmış Təşkilat Komitəsinin üzvləri ilə görüşü nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə