Kamal Abdullanın \"Nobel\" mükafatına namizədliyi qeydə alınıb

Kamal Abdullanın \"Nobel\" mükafatına namizədliyi qeydə alınıb

Azərbaycan yazıçısı, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullanın \"Nobel\" mükafatına namizədliyi qeydə alınıb. Azərbaycan Yazıçılar Birliyindən SİA-ya verilən məlumata görə, Kamal Abdulla \"Nobel\" mükafatına əsasən, \"Yarımçıq əlyazma\" romanına görə namizəd kimi qeydə alınıb.

Ədəbiyyat sahəsi üzrə təqdim olunacaq \"Nobel\" mükafatı üçün əvvəlcə uzun, sonra isə qısa namizədlər siyahısı tərtib olunacaq. Mükafat öz sahibinə dekabr ayında təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə