“Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri” kitabı çapdan çıxıb

“Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri” kitabı çapdan çıxıb

Şamaxının millət vəkili Elxan Süleymanovun dəstəyi ilə "Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri" kitabı çapdan çıxıb. SİA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki mərhum Bəkir Nəbiyevin Şamaxının millət vəkili Elxan Süleymanovun xahişi ilə yazdığı və onun dəstəyi ilə nəşr olunan "Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri" kitabı işıq üzü görüb.

Kitabda akademik Bəkir Nəbiyevin qədim və zəngin Şirvan ədəbi mühitinin yetirdiyi böyük Azərbaycan şairləri – Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət və Məhəmməd Hadiyə həsr etdiyi elmi-kütləvi oçerklər yer alıb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Asif Rüstəmlidir. Toplu geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə