Ermənistandan gedənlərin sayı ildən-ilə çoxalmaqdadır

Ermənistandan gedənlərin sayı ildən-ilə çoxalmaqdadır

Ermənistan mediasının yazdığından məlum olur ki, bir neçə ildən sonra ölkədə toxumluq erməni tapmaq mümkün olmayacaq


Hər il həyat şəraitinin pisliyindən ölkəni tərk edən Ermənistan vətəndaşlarının sayı durmadan artır. Doğum səviyyəsinin aşağılığı üzündən belə demək mümkünsə, gedənlərin yerini dolduranların olmaması vəziyyəti daha da acınacaqlı hala gətirib. Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə doğumla bağlı ən yüksək göstərici 1995-ci ilə aiddir - 48960 nəfər. 2010-cu ildə bu rəqəm 44825 olduğu halda, 2011-ci ildə mövcud göstərici 40447-dir.


Ermənistanın yerli qəzetlərindən birinin yaydığı məlumatın maraqlı cəhəti isə ölkədəki gərgin durumun digər təfərrüratına - ölkəni tərk edənlərin sayına aydınlıq gətirmək baxımdan önəmlidir.


Beləliklə Ermənistanın "Aykakan jamanak" nəşri yazır ki, bu ilin yanvar-fevral aylarında Ermənistanı istənilən nəqliyyat vasitəsi ilə tərk edənlərin sayı ölkəyə gələnlərin sayından 17500 nəfər çox olub.


168.az-ın sözügedən nəşrə istinadən xəbərinə görə, bununla əlaqədar məlumatları Ermənistanın Ərazi İdarəetməsi Nazirliyinin miqrasiya xidməti yayıb. Məlumatda ötən ilin müvafiq dövründə ölkəni tərk edənlərin sayının gələnlərdən 12000 nəfər çox olduğu vurğulanıb.


Qeyd edək ki, Ermənistanda 2010-cu ildə mövcud göstərici 9090 olub. "Aykakan jamanak" qəzeti bütün bunları yazarkən Ermənistanı tərk edən vətəndaşların sayının ildən-ilə artmasını böyük narahatlıqla bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə