Minik avtomobili ilə motosiklet toqquşdu, bir nəfər öldü

Minik avtomobili ilə motosiklet toqquşdu, bir nəfər öldü
Beyləqanda minik avtomobili ilə motosiklet toqquşub, bir nəfər ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 27-də saat 11.30 radələrində Beyləqan rayonu ərazisində rayon sakini Varis Bayramovun idarə etdiyi \"VAZ-21154\" markalı avtomaşınla Şəfəq qəsəbə sakini Eyvaz Cabbarovun idarə etdiyi \"İJ\" markalı motosikilet toqquşub.

Nəticədə motosikletin sürücüsü Cabbarov hadisə yerində ölüb. Faktla bağlı araşdırma başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə