Nar Mobile-nin dəstəyi ilə möhtəşəm Novruz şənlikləri keçirilib - FOTOSESSİYA

Nar Mobile-nin dəstəyi ilə möhtəşəm Novruz şənlikləri keçirilib - FOTOSESSİYA

Mobil operator paytaxt sakinlərini Novruz festivalı ilə sevindirib


Azərbaycan ilk 3G mobil operatoru Nar Mobile mart ayının 20-dən 23-dək "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində və Qala Dövlət-Tarix Etnoqrafik qoruğunda paytaxt sakinləri və qonaqları üçün Novruz bayramı münasibətilə Novruz festivalı keçirib. SİA-nın verdiyi məlumata görə, silsilə tədbirlər çərçivəsində paytaxt sakinləri üçün şənliklər, muzeylərə ekskursiyalar, konsert proqramları, uşaqlar üçün yarışmalar təşkil olunub, həmçinin gənclərin əl işləri nümayiş etdirilib.


Bundan başqa tədbir çərçivəsində Nar Mobile mobil operatoru xüsusi olaraq jurnalistlər üçün press tur təşkil edib. Press tur "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində və daha sonra isə Qala kəndi marşurutu üzrə həyata keçirilib.


Tədbirlər dörd gün ərzində, mart ayının 20-dən 23-dək İçəri Şəhərdə və iki gün ərzində, mart ayının 20-21-i Qala Dövlət-Tarix Etnoqrafik qoruğunda səhər saatlarından axşam saatlarına kimi davam edib. Festival ərzində geniş konsert proqramları təşkil olunub. "Eurovision 2011" beynəlxalq mahnı müsabiqəsinin qalibi Nigar Camalın şənlik iştirakçılara verdiyi konsert isə maraqla qarşılanıb.


Nar Mobile mobil operatoru ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. Nar Mobile mobil operatorunun şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.


Bütün xəbərlər Facebook səhifəmizdə