Elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı alınır

Elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı alınır

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

"Azərenerji" dən SİA-ya verlən məlumata görə, cari ilin fevral ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 2 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək, 10,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 650 manatdan artıq istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğ tamamilə ödənilmiş və eyni zamanda ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən qisminin ödənişi təmin edilib.

Qeyd edək ki, cari ilin iki ayı ərzində müəssisə üzrə 7 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 31,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 1,9 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğ tamamilə ödənilmiş, eyni zamanda ötən ayların aktlarına görə, yaranmış debitor borcun da müəyyən qisminin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Astara EŞ-dən əldə edilən məlumata görə isə cari ilin fevral ayında müəssisənin xidməti ərazisində keçirilib, reydlər zamanı 11 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 26,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 1,6 min manata yaxın istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 48 faizdən artıq hissəsinin ödənişi təmin edilib.

O da qeyd edilməlidir ki, cari ilin iki ayı ərzində keçirilmiş reydlər zamanı 23 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılıb. Nəticədə 84,3 min kilovatsaat itirilmiş elektrik enerjisinin 5,1 min manata yaxın istehlak dəyəri bərpa edilib.

Qeyd edək ki, həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 27 faizdən artıq hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə