Azərbaycan İstilik Elektrik Stansiyası ötən ili uğurla yekunlaşdırıb

Azərbaycan İstilik Elektrik Stansiyası ötən ili uğurla yekunlaşdırıb

Baharın gəlişi ölkə energetiklərinin işgüzar əhval-ruhiyyəsini daha da yüksəldib. Ölkənin ən böyük enerji istehsalçıları, o cümlədən Cənubi Qafqaz regionunun ən böyük istilik elektrik stansiyası sayılan, Azərbaycan İstilik Elektrik Stansiyası da ötən ili uğurla yekunlaşdırıb, cari ilin fevral ayını diqqətəlayiq texniki-iqtisadi göstəricilərlə başa çatıb.

Azərenerjidən SİA-ya verilən məlumat görə, müəssisədə cari ilin fevral ayında proqnozlaşdırılmış 865,8 milyon kilovatsaata qarşı 866 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edib.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, istehsalla yanaşı, təmir-bərpa işləri də uğurla həyata keçirilib. Nəticədə blokların texniki-iqtisadi göstəriciləri yaxşılaşdırılır.

Yeri gəlmişkən, hal-hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyətini davam etdirir və beş enerji bloku tam gücü ilə işləyir. Üç enerji bloku isə ehtiyatda saxlanılır.

Qeyd edək ki, İES üzrə gündəlik enerji istehsalı dispetçer qrafikinə uyğun olaraq 21-23 milyon kilovatsaat təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə